Ağstafa sakinin avtomobilindən narkotik maddələr tapıldı, sürücü saxlanıldı

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiklər əməliyyat-axtarış tədbirləri nətcəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elmar Kərimov saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Polis Şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman onun üzərindən sellofan torpadan, 2 ədəd sellofan bükümdə narkotik maddə olan “heroin” və 2 ədəd sellofan bükümdə narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürlüb.
Dindirilmə zamanı E. Kərimov narkotik maddəni onlayn yolla Bakı şəhərindən əldə etdiyini bir qisminin isə dostu Sərxan adlı şəxsin avtomobilində saxladığını bildirib. Polis əməkdaşları sözü gedən avtomobilə baxış keçirib və oradakı əl çantasından 1 ədəd sellofan bükümdə narkotik maddə olan “heroin” 3 sellofan bükümdə narkotik maddə olan “patı”, “tiryək”, qurudulmuş “marixuana”, həmçinin narkotik vasitələri qablaşdırmaq üçün müxtəlif sellofan torbalar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürlüb. E. Kərimovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində o, əldə etdiyi narkotik vasitənin bir qismini dostu, Qazax rayon sakini, Sərxan Əfəndiyevə verdiyini bildirib. Sözügedən avtomobilə baxış keçirilən zaman, yük yerindən S. Əfəndiyevə məxsus çantadakı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə “heroin” və “metamfetamin” aşkar edilərək götürlüb. S. Əfəndiyev də saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində ümumilikdə 60.681 qram “metamfetamin”, 95.115 qram “heroin”, 2.517 qram “tiryək” və 0.340 qram qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktlarla bağlı Ağstafa RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO












