Alimlər sürücülərin sükan arxasında yatmasının səbəblərini açıqladılar - BUNLARI BİLİN

Alimlər sürücülərin sükan arxasında yatmaqlarının səbəblərini açıqladılar. Sizə elə gəlir ki, gözləriniz axşamdan maraqlı film izləməkdən və ya sosial şəbəklərdə zaman keçirməkdən yumulur? Əslində belə deyil.
Science Daily dərgisində dərc edilən Melburn krallıq texniki universitetinin alimlərinin sözləri bir çoxlarını təəcübləndirib.
Onların qənaətləri bir qrup könüllülərin cəhdləri sayəsində formalaşıb. 15 könüllünün iştirak etdiyi eksperimentdə avtomobil salonu effekti verən ortam yaradılıb və sürətli hərəkət edən təkər səsləri dinlədilib. Bəzən isə prosses zamanı salonun titrəyişləri də əlavə edilib.
Nəticələrə əsasən 15 dəqiqədən sonra sirkələnmə ilə yol qət edən könüllüləri yuxu aparıb və onlar artıq oturduqları yerdən qalxmağa cəhd göstəriblər. Yarım saatdan sonra isə narahatlıqlar daha da artmış olub. Bir saatdan sonra ürək döyüntülərinin göstəriciləri yuxu istəyinin pik həddə olduğunu və artıq bunu yayındırmağın mümkün olmadığını göstərib.
Daha bir xoşagəlməz hal isə avtomobillərin sürücüdə həddən artıq yorğunluq hissi yaratmasıdır. Eksperimentdən sonra könüllülər sadə əşyaların sayını saymağa və ya səliqlə ilə üst-üstə yığmağa əziyyət çəkiblər.
Lakin sürüş zamanı sirkələnmə, vibrasiya olmazsa, bu halda yorğunluq halı hiss edilmir, əksinə sürücülər daha pozitiv görünürlər. Vibrasiya məsələləri tam olaraq hər tərəfli araşdırılmasa da, effekt göz qabağındadır.
Deməli, hörmətli sürücülər avtomobil alarkən maksimal şəkildə uzaq yollarda maşınların komfortlu ola biləcəyinə və daha az sirkələnmə yaradacağına diqqət yetirin.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










