Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH

Yollarda tez-tez rast gəlinən təhlükəli hallardan biri də sürücülərin heç bir real maneə olmadan qəfil əyləcə basması və arxadakı avtomobili çətin vəziyyətə salmasıdır. Belə situasiyalar bəzən yol-nəqliyyat hadisələrinə, maddi ziyana və hətta insan tələfatına səbəb olur.
Maraqlıdır, qanunvericilikdə əsassız qəfil əyləcə basmaq və gözlənilmədən, eləcə də arxadakı nəqliyyat vasitələrini nəzərə almadan avtomobili dayandırmaq necə qiymətləndirilir və belə hallarda məsuliyyət kimin üzərinə düşür?
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov sürücülərin bilməli olduğu mühüm hüquqi məqamları izah edib.
– Müşfiq bəy, qanunvericiliyə əsasən sürücünün heç bir real təhlükə olmadan qəfil əyləcə basması pozuntu sayılırmı?
– Birbaşa “əsassız qəfil tormozlama” ifadəsi ilə konkret maddə qanunvericilikdə göstərilməsə də, bu cür davranış ümumilikdə yol hərəkəti təhlükəsizliyinə zidd hesab olunur. Əsassız şəkildə əyləcdən istifadə etmək nəticəsində baş verən hadisələr sürücünü həm inzibati, həm mülki, həm də bəzi hallarda cinayət məsuliyyətinə cəlb edə bilər.
– Bu cür tormozlama nəticəsində maddi və ya fiziki zərər dəyərsə, məsuliyyət necə müəyyən olunur?

– Əgər əsassız tormozlama nəticəsində digər avtomobilə və ya əmlaka ziyan dəyibsə, bu, mülki məsuliyyət yaradır və zərər ödənilməlidir. Əgər qarşı tərəfə yüngül xəsarət yetirilibsə, bu, inzibati məsuliyyətə səbəb olur. Lakin ağır bədən xəsarəti baş verərsə, artıq cinayət məsuliyyəti yaranır və hüquqi nəticələr daha ağır olur.
– Əgər ön avtomobil səbəbsiz “tormoz” veribsə və arxadakı sürücü öndəki maşına çırpılıbsa, bu hal necə qiymətləndirilir?
– Belə hallarda məsuliyyət avtomatik olaraq yalnız arxadakı sürücünün üzərinə düşmür. Arxadan gələn avtomobil sürücüsü məsafəni qorumağa borcludur. Lakin eyni zamanda ön avtomobilin əsassız tormozlaması da təhlükəli hərəkət sayılır. Bu səbəbdən inzibati orqan hadisəni araşdıraraq hər iki sürücünün təqsir dərəcəsini müəyyən edə bilər. Yəni bəzən qərar belə olur ki, hər iki tərəfin günahı var.
– Belə hadisələr zamanı sübutlar necə toplanır?
– Məsələ bir neçə vasitə ilə araşdırılır:
• Şahid ifadələri
• Hər iki sürücünün izahatı
• Video və yol kameralarının görüntüləri
• Hadisə yerinə baxışın nəticələri
Bütün bu sübutlar əsasında inzibati orqan təqsirin kimdə olduğunu müəyyən edir.
– Sürücü günahın ona yanlış şəkildə yükləndiyini düşünərsə, hüquqlarını necə qoruya bilər?
– Əgər inzibati orqan tərəfindən çıxarılan qərarla sürücü razı deyilsə, onun məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə müvafiq qurumdan sənədləri tələb edir, araşdırma aparır və qərarın qanuni olub-olmamasına hüquqi qiymət verir. Bu, sürücülərin əsas hüquqi etiraz mexanizmidir. Ona görə də, sürücülər çalışmalıdırlar ki, əsassız tormozlamadan istifadə etməsinlər. Bu, təkcə hüquqi məsuliyyət yaratmır, həm də ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Eyni zamanda arxadakı sürücülər də təhlükəsiz ara məsafəsini qorumağa borcludurlar.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










