“Artıq bir ildir maşınsızam”

Əməkdar artist Mehriban Xanlarovanın avtomobili müsadirə edilib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, “Hələ bu harasıdır” verilişində qonaq olan aktrisa bildirib ki, bank onun maşınını əlindən alıb: “Artıq 1 ildir ki, maşınsızam. Banklar mənim başıma elə oyun açıblar ki, avtomobil idarə etməyə tövbə etmişəm. Bankın adını çəkmək istəmirəm. Amma onu deyim ki, maşın almaq üçün bir bankdan kredit götürmüşdüm. Əlimə pul düşən kimi 2 min manatı qabaqcadan verirdim ki, bəlkə, gələn aylarda əlimdə imkan olmadı. Axırda mənim başıma elə oyun açdılar ki, gedib maşını bankın qabağında saxladım, dedim: “Götür sat, nə istəyirsən elə. Məndən əl çəkin”. Maşınımın əldən çıxmasında günahkar özüməm. Çünki ödəniş etdiyim vaxt çekləri almamışdım. Başıma elə oyun açdılar ki, bir də kreditlə maşın almaram”.
Aktrisa onu da əlavə edib ki, digər bir bankla da problemi olub: “Bir dəfə də başqa bir bank başıma oyun açıb. Öz adıma maşın almışdım. Sonra nə isə oldu, satdım. Maşını satdığım şəxs də digərinə satdı. Beləcə, maşının borcları üst-üstə yığıldı. İndi də mənə deyirlər ki, maşın sənə məxsusdur, gəl pulunu ödə”.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










