“Audi” avtomobillərini geri çağırır: Yan hava yastıqları açılmaya bilər - FOTO

Alman avtomobil istehsalçısı “Audi” 2022-2023-cü illər arasında buraxılan “Q4 E-Tron” və “Q4 Sportback E-Tron” modellərində kəşf etdiyi hava yastığı problemi səbəbi ilə nəqliyyat vasitələrini geri çağırır.
Avtosfer.az xəbər verir ki, yan hava yastığı qapağının yırtıla biləcəyini və qəza şəraitində təsirsiz hala gələcəyini açıqlayan şirkət ümumi olaraq 1644 avtomobilinə geri çağırma proqramını tətbiq edib.
Alman avtomobil şirkəti mövcud problemin qaynağının nə olduğunu araşdırarkən xüsusilə, qəza zamanı hava yastığının açılmamasına səbəb kimi aşağı gərginlik xətasını aşkar etdi. Belə ki, hava yastığının daxilində olan kimyəvi maddə qəza vəziyyətində qızmayaraq onun aktiv hala gəlməməsini həyata keçirir. Təbii ki, bu da sürücünü ciddi güvənlik problemləri ilə üz-üzə qoyur.
Aparılan araşdırmalar zamanı mövcud problemlə bağlı hər hansı bir qəzada insan itkisi, yaxud xəsarət alma halları müşahidə olunmasa da, hava yastıqlarındakı aşağı gərginlik xətası yan hava yastığının istənilən bədbəxt hadisə zamanı açılmayacağı mənasına gəlir. “Audi” avtomobil sahiblərinə ayın 8-dən başlayaraq mail-lər göndərir və mövzuyla bağlı onlara maarifləndirici məlumatlar ötürür.
Qeyd edək ki, şirkət 19 iyun 2020 il ilə 21 fevral 2023 il zaman dilimində istehsal olan modellərə geri çağırma əməliyyatı tətbiq olunub.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
















