“Auto Azerbaijan” yenə Gömrük Qanunvericiliyini Pozdu

“Hyundai” markalı avtomobillərin Azərbaycanda rəsmi distributoru “Auto Azerbaijan” MMC barəsində məhkəmə iddiası qaldırılıb.
Avtosfer.az xəbər verir ki, işə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Auto Azerbaijan” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Bu maddəyə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, şirkət 2021-ci ilin iyununda da eyni maddə ilə məhkəməlik olub.
Əlavə edək ki, “Auto Azerbaijan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin İdarə Heyətinin sədri Emil İsmayılovdur. Baş ofisi İstanbulda yerləşən sözügedən şirkət başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir. (Qafqazinfo)
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO











