Avro-4 Azərbaycana avtomobil gətirənlərin bazarını bağlayır

2014-cü ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 167,1 milyon dollar dəyərində 12,86 min minik avtomobili ixrac olunub. Məlumata görə, göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 49,5 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 50,4 faiz təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 26,8 faiz (dəyər baxımından), say nisbətində isə 11,51 min ədəd (47,2 faiz) azalıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 228,2 milyon dollar həcmində 24,37 min avtomobil ixrac edilmişdi. Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başladığı Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.Avtomobillər Gürcüstana xaricdən gətirilir. 2014-cü ilin yanvar-iyul aylarında Gürcüstanın ixracatının 20,3 faizi Azərbaycanın payına düşüb. Bu dövrdə Gürcüstandan Azərbaycana 337,63 milyon dollar dəyərində məhsul (14,9 faiz az) ixrac edilib. Müqayisə üçün, ötən ilin ilk 7 ayında Azərbaycana 396,55 milyon dollar dəyərində Gürcüstan məhsulları ixrac edilib. Trend
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












