Avropa Komissiyası "BMW" və "Volkswagen"i cərimələyib

Avropa Komissiyası Almaniyanın BMW və "Volkswagen Group"u ("Volkswagen", "Audi" və "Porsche" brendləri) Avropa İttifaqının (Aİ) rəqabət qaydalarını pozduğuna və dizel emissiyalarını təmizləmək üçün kartel sövdələşmələrinə görə 875 mln. avro məbləğində cərimələyib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının açıqlamasında deyilir.
"Avropa Komissiyası beş avtomobil istehsalçısına qarşı qərar çıxarıb – "Daimler", BMW və "Volkswagen Group"a daxil olan "Volkswagen", "Audi" və "Porsche". Avropa Komissiyasının cəriməsinin ümumi həcmi 875 mln. avro təşkil edib", - deyə Avropa Komissiyasının icraçı vitse-prezidenti Marqret Vestager (Margret Vestager) mətbuat konfransında bildirib.
"Daimler" Avropa Komissiyası bu kartelin mövcudluğu barədə məlumat verdiyinə görə cərimələnmədiyini bildirilir. Avropa Komissiyasının hesablamalarına görə, onun üçün cərimə 727 mln. avro olacaqdı.
"Volkswagen Group" ("Audi" və "Porsche" onun bir hissəsidir, lakin rəsmi olaraq ayrı şirkətlərdir) 502,4 mln. avro, BMW isə 372,8 mln. avro məbləğində cərimələnib.
Cərimə Aİ bazarında rəqabəti əngəlləyən dizel avtomobil emissiyalarının azot oksidinin təmizlənməsi sahəsində texniki işlərin inkişaf etdirmək üçün sövdələşməyə görə tətbiq olunub. Avropa Komissiyası bildirib ki, bütün tərəflər karteldə olduqlarını etiraf edib və işi həll etməyə razılıq veriblər.
Sözügedən istehsalçılar uyğun texnologiyanın mövcudluğuna baxmayaraq, qanuni olaraq tələb olunduğundan daha yaxşı təmizlənmə üçün rəqabətdən yayınmağa məqsədilə 5 ildən çox bir müddətdə sövdələşmədə olub.
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












