Avtobuslar qarşı həftədə 3-4 reyd təşkil olunur

Bakıda 2014-cü ilinIrübü ərzində aparılanreydlərzamanı sərnişindaşımaqaydalarını pozduğunagörə ümumilikdə 1388 şəxsbarəsində protokoltərtibedilərəkinzibatiməsuliyyətə cəlbedilib. Bunlardan 635-i taksi fəaliyyəti, 703-ü avtobus daşımaları, 5-si isə yük daşımaları fəaliyyəti göstərən şəxsə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyev deyib. Şöbə müdirinin sözlərinə görə, verilən tapşırıq və göstərişlərə uyğun olaraq, əsas diqqət nizam-intizamın, sürücülərin geyim formasının, əhali ilə davranışı, dayanacaqlarda saxlaması, vətəndaşların rahat minib-düşməsinin təmin olunması, avtobusların təmizliyi, xarici və daxili görünüşünün normalara cavab verməsinə yönəldilib.
M.Əliyev qeyd edib ki, son zamanlar Xidmətin rəhbərliyinin göstərişi ilə mütəmadi olaraq sərnişin daşımalarında nizam-intizamın, xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən əməli tədbirlərin intensivliyi artırılıb: "Əvvəllər nəzarət qaydasında ay ərzində 1-2 reyd keçirilirdisə, son zamanlar demək olar ki, həftədə 3-4 reyd təşkil olunur. Reydlər zamanı həm də beynəlxalq sərnişin daşınması ilə əlaqədar Bakı şəhərinə girib-çıxan avtobusların fəaliyyəti, kabotaj daşımalarını yerinə yetirən xarici daşıyıcılar və avtobuslarla əlaqədar reydlər keçiririk. Reydlər nəticəsində bir neçə kabotaj daşımaları həyata keçirən əcnəbi sürücü cərimələnib, barələrində müvafiq inzibati protokol tərtib olunub".
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur










