Avtomobil bazarı: benzin və dizel mühərriklər yenə də liderdir

Avropada ötən ay avtomobil satışları artıb.
Avtosfer.az xəbər verir ki, Köhnə qitədə aprel ayında 913 995 ədəd təzə avtomobil satılıb ki, bu da martla müqayisədə 13,7% çoxdur. Ölkələr üzə satışlarda ümumi tendensiya dəyişməyib. Yeni avtomobil satışı əsas bazarlar hesab edilən İspaniyada 23%, Almaniyada 19,8%, Fransada 11%, İtaliyada 7,7% artıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası artımı apreldə satış günlərinin çox olması ilə izah edir. Pasxa bayramı ilə əlaqədar olaraq ötən ay avtomobil dilerləri 2 gün artıq işləyiblər.
Ümumi planda il başlayandan Avropada avtomobil satışları artan tendensiya üzrə gedir. İlk 4 ayın nəticələrinə görə ittifaqda 3,7 milyon ədəd təzə avtomobil satılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% çoxdur. Bu statistika da əsas bazarlarda irəliləyişi göstərir. Almaniya və İspaniyada artım 7,8%, Fransada 7%, İtaliyada 6,1% olub.
Mühərrik tipinə görə də satışlarda fərqli rəqəmlər müşahidə edilib. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası bildirir ki, hibrid mühərrikli avtomobillərin satışı artsa da, elektromobil satışı yerində sayıb. Ötən ay 266 min ədəd hibrid avtomobil satılıb. Bu da ümumi satışların 29%-ni təşkil edir.
Statistika göstərir ki, Avropada hibrid avtomobillərin satışı illik əsasda 33%-dən çox artıb. Başlıca artım yenə də adlarını qeyd etdiyimiz 4 ölkədə reallaşıb. Daxiliyanma mühərrikli avtomobillərin satışında geriləmə baş versə də, onlar bazarda əsas paya sahibdir. 2023-cü ilin aprelində benzin və Dizel mühərrikli avtomobillərin bazar payı 52,8% idisə, ötən apreldə göstərici 48,9%-ə enib. Elektromobillər isə ümumi satışların 12%-ni təşkil edib. Bu texnikanın əsaas alıcıları belçikalılardır. Belçikada artımın başlıca səbəbi ölkənin ərazisinin kiçik olmasıdır.
Marklara üzrə bölgüyə gəlincə: ay ərzində Stelantis qrupunun satışlarında cəmi 1,7% artıb. Avropalı istehsalçılar arasında satışları ən ciddi artan marklar Renault, BMW və volkswagen olub. Ay ərzində bu brendlərin avtomobillərinin satışları müvafiq olaraq 11%, 11,5% və 15,5% artıb.
Satışlarda ən ciddi artım isə pandemiyadan sonrakı dövrə xas olaraq asiyalı istehsalçının payına düşüb. Ay ərzində Köhnə qitədə Toyotanın satışları 47,3% artıb.

Vüqar
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı