Avtomobil ehtiyat hissələri kəskin ucuzlaşacaq

Sahibsiz avtomobillərin utilizasiyası avtomobil qəbiristanlığında olan ehtiyat hissələrinin də taleyini sual altına qoyur. Məlumdur ki, ikinci əl avtomobil sahibləri ehtiyat hissələrini məhz “ölüxana”lardan ucuz qiymətə alırdılar. Utilizasiya həyata keçirilərkən avtomobil qəbiristanlığı da tarixə qovuşacaqmı?
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu proses artıq onlara tələbatı azaldacaq və qiymətlər kəskin şəkildə enəcək.
“Köhnə avtomobillərin ölkəyə gətirilməsi məhdudiyyəti ilə bağlı qərardan sonra qiymətlərdə artım müşahidə edilir. İkinci əl avtomobil bazarında qiymətlər təxminən beş faiz yüksəlib. Utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ölkədə ikinci əl avtomobillər üçün satılan ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Yay mövsümündən sonra bunu müşahidə edəcəyik. Çünki park yenilənirsə, təbii ki, ikinci əl ehtiyat hissələrinə artıq ehtiyac qalmayacaq. Ölkədə avtomobil qəbiristanlıqlarının sayı və köhnə ehtiyat hissələrinin idxalı azalacaq”, - E.Cəfərov deyib.
Mühərrik həcmi kiçik olan nəqliyyat vasitələri də ucuzlaşacaq?
Mütəxəssis düşünür ki, növbəti addım mühərrik həcmi kiçik olan yeni nəqliyyat vasitələrinə güzəştlər tətbiq edilməsidir:
“Daha sonra ölkədə artıq mövcud olan avtomobil sənayesinin təkmilləşdirilməsi prosesi həyata keçiriləcək. Bu gün ölkəmizdə cəmi iki minə qədər minik avtomobili istehsal olunur. Amma perspektivdə bu say 10 minə qədər qalxa bilər. Çünki yeni minik avtomobili istehsal edən zavodlarımızın da artıq təməli qoyulub. Bu da ikinci əl avtomobilləri və ehtiyat hissələrinin qiymətlərini kəskin azaldacaq”. (oxu.az)
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO












