Avtomobil ehtiyyat hissələri bahalaşdı – 40 faiz

Ötən gündən başlayaraq, maşın bazarlarında avtomobil ehtiyat hissələrində ciddi artım müşahidə edilib.Avtosfer.az xəbər verir ki, bu barədə Axar.az-a maşın bazarında ehtiyat hissələri satan tacirlərdən biri məlumat verib. Onun sözlərinə görə, yeni partiya mallar gətirilməsə də, köhnə qiymətlərlə aldıqları malı bahalaşdırmağa məcbur olublar.
Ticarətçi bildirib ki, əllərində olan ehtiyat hissələrini satandan sonra yeni malı yeni qiymətlərlə alacaqlar: “Avtomobil ehtiyat hissələri xaricdən gətirilir və dollarla alınır. Biz isə təbii ki, manatla satırıq. Tutaq ki, əvvəl 100 dollara aldığımız malı 120 manata satıb ən azı 50 dollar qazanc götürürdüksə, indi 165-170 manata satmalıyıq ki, gəlirimizi qoruyaq. Qiymətləri ona görə indidən qaldırdıq ki, satdığımız malın puluna yenisini alanda daha az mal almağa məcbur olmayaq və dövriyyəmiz aşağı düşməsin. Hər ehtiyat hissəsini təxminən 35-40 faiz bahalaşdırdıq ki, yeni qiymətlərlə hissələri alanda mağazalarımızı doldura bilək”.
Tacirlər ötən gündən satışın nisbətən aşağı düşdüyünü və qeyri-müəyyənliyə görə çoxlarının tərəddüd etdiyini də bildirib.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










