Avtomobil kondisioneri: Komfort, yoxsa infeksiya mənbəyi?

Artıq yay isti üzünü göstərib və hər yerdə kondisionerlər işə düşüb. Bəs bu əvəzedilməz qurğu nə zaman bizim ziyanımıza işləyir?
Avtosfer.az-ın xəbərinə görə, avropalı tədqiqatçılar avtomobil və ofislərdəki kondisionerləri araşdıraraq ortaya çox da xoş olmayan faktı qoyublar. Məlum olub ki, kondisionerlərin hava filtrləri vaxtında təmizlənmədikdə mikrob yuvasına çevrilir. Soyuq və rütubətli hava bu mikrobların çoxalmasına münbit şərait yaradır. Xüsusən də avtomobillərdə.
Belə bir çirkli mühitdə olan sürücü və sərnişinlər pnevmoniya riski ilə üzləşirlər. Allergeyalı olan şəxslər isə xüsusi risk qrupuna daxildir (bunu şəxsən təsdiq edə bilərəm – müəl.). Bəs çıxış yolu nədir?
Kondisonerdən düzgün istifadə üçün ilk növbədə filtrlər vaxtaşırı dəyişdirilməlidir. Kömür filtrlərdən istifadə daha yaxşıdır. Bundan başqa, mövsümün əvvəlində avtomobilin kondisioner sisteminə ümumi baxış keçirilıməli, nasazlıqlar aradan qaldırılmalıdır. Bu halda kondisioner komfort mənbəyi olacaq.
Vüqar Yaşaroğlu
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində












