Avtomobil krediti şərtləri dəyişməyəcək - VİDEO

Xaricdən ölkəmizə minik maşınlarının idxalı kəskin azalıb. ANS-in məlumatına görə, bu ilin 10 ayında xaricdən 47 min 379 ədəd minik maşını gətirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% azdır. Halbuki bundan əvvəlki 2 ildə avtomobil idxalı yalnız artan xətlə gedirdi. Azalmaya hökumətin “Avro-4” standartını tətbiq edərək ölkəyə köhnə maşınların gətirilməsini qadağan etməsi, eyni zamanda avtomobil kreditlərini sərtləşdirməsi səbəb olub. Hadisələri qabaqlayaraq azalmanın davam edəcəyini demək olar. Çünki Mərkəzi Bank avtokreditlərlə bağlı qərarını dəyişmək fikrində deyil.
Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov hal-hazırda bu tələblərin dəyişdirlməsi ilə əlaqədar hansısa bir məsələni nəzərdən keçirtmədiklərini dedi. Onun sözlərinə görə, bazar yeni tələblərə uyğunlaşaraq öz fəaliyyətini davam etdirir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












