Avtomobili bazardan, yoxsa rəsmi dilerdən almaq SƏRFƏLİDİR?

Yeni avtomobilin haradan alınmasının heç demə çox böyük əhəmiyyəti varmış. Ekspertlərin rəyinə görə bazardan alınan avtomobillə, rəsmi dilerdən alınan avtomobil arasında çox böyük fərq var imiş.
Belə ki, bazarda avtomobilin gələcəyi üçün heç bir zəmanət verilmir. Üstəlik bazarda satılan avtomobillər daha aşağı keyfiyyətdə və az komfortlu olur.
Amma rəsmi dilerdən alınan avtomobillərin bir sıra üstünlükləri var. Ən başlıcası rəsmi dilerdə satılan avtomobillər həmin region üçün nəzərdə tutulur, həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunur. Bu da əsas şərtdir.
Lakin bazardan alınan avtomobillərin çoxunda bunlar nəzərə alınmayıb. Bildiyimiz kimi bir sıra avtomobil brendlərin Çində, BƏƏ-də digər ölkələrdə istehsal sahələri var. Və bu dövlətlərdə istehsal edilən avtomobil daha çox həmin ölkələrin iqliminə və yol infrastrukturuna uyğun yığılır.
Bəzən Çindən və Ərəb ölkələrindən gətirilən və ya qeyri-rəsmi şəbəkələrdən əldə olunan yeni avtomobillərdə ehtiyat hissələrinin uyğunsuzluğu və ya tapılmaması kimi şikayətlər olur.
Xüsusilə Çin bazarı üçün nəzərdə tutulan və Azərbaycana gətirilən avtomobillərdə ciddi fərqlər mövcuddur. Ən vacib hal bu avtomobillər üçün bəzən ehtiyat hissələrinin mövcud olmaması və ya ehtiyat hissələrinin kodunun sifariş üçün tamamilə ayrı olmasıdır.
Bundan əlavə sistemlərin diaqnostika zamanı Çindən gətirilən avtomobilləri tanımaması kimi çətinliklər də yaranır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, rəsmi dilerdən alınan avtomobillərə uzunmüddətli zəmanət verilir:
“Alıcı üçünsə bu vacib şərtdir. Çünki yeni avtomobil alan şəxs bilməlidir ki, istehsalçının 3-5 illik zəmanəti var. Rəsmi diler olmayanda isə bu zəmanəti vermək çox çətin olur. Məlumdur ki, zəmanət müddətində sıradan çıxmış hissələr diler tərəfindən pulsuz dəyişdirilir. Bazarda avtomobil satanlar isə bu cür zəmanətlə çıxış edə bilmirlər”.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










