Muzeydən “Porsche” oğurladı, sənədləşdirmə zamanı tutuldu - FOTO

Qəribə oğurluq hadisəsi ABŞ-də baş verib. Avtosfer.az-ın xəbərinə görə, 36 yaşlı Florida sakini uzun illərdir “Porsche” almaq istəsə də pulu olmur. Buna görə də çarəni yaxınlıqdakı avtomobil muzeyindən oğurluq etməkdə görür.
O, muzeyə bir neçə dəfə ziyarətçi kimi gedir və ekspozisiyadakı 1977-ci ilin “Porsche 930 Turbo” modelinə gözü düşür. Həm də müəyyən edir ki, 300 min dollarlıq maşının açarları xalçanın altında gizlədilir.
Beləcə, plan işə düşür. O, gecə yarısı muzeyə daxil olaraq öz sevdiyi avtomobilini çıxarmaq üçün 5 maşını kənara çəkir. Siqnal sistemi gec işə düşdüyündən polis hadisədən səhər iş başlayanda xəbər tutur.
Bizim qəhrəmanımız isə maşını 1 gün sonra utilizasiyaya verilmiş “Porsche”nin VİN kodu ilə sənədləşdirmək istəyəndə vəziyyət məlum olur. Bazadakı məlumat həmin maşının 23 il əvvəl metal üçün doğrandığını göstərir və qəhrəmanımız ələ keçir.
Onun telefonuna baxdıqda isə hər şey məlum olur və barəsində həbs qətimkan tədbiri seçilir.
Plan baş tutsa bu floridalı bir neçə məşhus filmdə çəkilmiş avtomobilə sahib olacaqdı.
Hadisədən sonra muzeyin də mühafizəsi gücləndirilir.
Vüqar
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar











