Avtomobilinizin markasının mənasını bilirsinizmi? – FOTOLAR

Avtomobil markalarının mənaları açıqlanıb. Avtosfer.az aznews.az-a istinadən məşhur avtomobil brendlərinin mənasını təqdim edir:
“Mitsubishi”
Keyfiyyətli avtomobilləri ilə tanınan Yaponiya sənaye şirkəti “Mitsubishi” adını Yapon döyüşçüləri - Samurayların emblemindən götürüb. Emblem Mitsu (ü&ccedccedil;) bishi (almaz) sözlərinin birləşməsindən yaranıb.
“Hyundai”
Şirkətin adı Koreyada “çağdaş” mənasını verən “hyundai” sözündən götürülüb.
“Jeep”
Hərbi məqsədlə istehsal olunan Jeep-in adı multfilm qəhrəmanı olan “Təməl Rəis”dəki “Eugene Jeep” adlı heyvanın adından götürülüb.
“Toyota”
Şirkət adını qurucusu olan Kiiçiro Toyoda-dan alıb. Daha sonralar markanın adı dəyişdirilərək “Toyota” qoyulub.
“Lexus”
“Toyota”nın lüks avtomobil markası olan “Lexus” latınca “qanun” mənasını daşıyır.
“Audi”
“Audi” latınca “eşitdim” deməkdir.
“BMW”
BMW-nin açılışı “Bavyera Mühərrik Fabriki” mənasını verir.
“İnfinity”
“İnfinity” Nissanın Amerika üçün istehsal etdiyi lüks avtomobil markasıdır. Adı ingiliscə “ucsuz-bucaqsız” mənasını daşıyan “infinity” sözündən götürülüb.
“Hummer”
Məşhur “Jeep” markası olan Hummer-in adı yüksək hərəkət qabiliyyəti olan çoxməqsədli vasitə mənasını daşıyan “humvee” sözündən törəyib.
“Chevrolet”
Şirkət adını amerikalı avtomobil istehsalçısı Lois Chevrolet-dən götürüb.
“Ferrari”
İtaliyanın lüks avtomobil şirkəti adını tanınmış yarışçı Enzo Ferrari-dən götürüb.
“Mercedes Benz”
Avstraliyalı tacir Emil Jelinec 1897 ilində yarışda qazandığı avtomobilə qızının adını - “Mercedes” qoydu və bunun şərəfinə şirkətin qurucuları istehsal etdiyi avtomobillərə “Mercedes” adını verməyə davam etdilər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
























