Avtomobillə birgə hovuza girən qadın sürücü - FOTOLAR

Amerikanın Ohayo ştatının Leykvud şəhərində istirahət günləri kuryoz yol qəzaları baş verib. Anspress-in məlumatına görə, bazar günü axşam saatlarında yaşayış komplekslərindən birinin sakinləri hovuzun ətrafında özlərini günə verərkən, onların sakitliyini taxta hasarı yarıb keçərək birbaşa hovuza düşən "Jeep" pozub. Suyun içindəki iki gənc hovuzun digər tərəfində olduqlarından xəsarət almayıblar. Onlardan biri qadın sürücünün köməyinə qaçaraq təhlükəsizlik kəmərini açıb, qadını qapının açıq qalmış pəncərəsindən çölə çıxarıb. Hovuzun ətrafında dincələnlər darmadağın olmuş hasarın qəlpələrindən kiçik xəsarətlər alıblar. Maşını idarə edən qadın ciddi xəsarət almasa da xəstəxanaya yerləşdirilib. Polis qadına qarşı sərxoş vəziyyətdə təhlükəli avtomobil idarə etmək ittihamı irəlib sürüb. Belə ki, sonradan məlum olub ki, 46 yaşlı qadın küçədə başqa bir avtomobillə toqquşduqdan sonra idarəetməni itirib və taxta hasarı dağıdaraq kompleksin həyətinə girib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















