Avtomobillər bahalaşdı - Azərbaycanda

Cari ilin noyabr ayında Azərbaycanda minik avtomobillərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,5% artıb. Avtosfer.az DSK-ya istinadən xəbər verir ki, yanvar-noyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşma isə 10,4% səviyyəsində olub.
Minik avtomobillərinin ehtiyat hissələri də noyabr ayı ərzində 0,9% bahalaşıb. Cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə isə 30,7% artım qeydə alınıb.
Xatırladaq ki, 2015-ci ilin yanvar-noyabr ayları ərzində minik avtomobillərinin qiymətində illik cəmi 2,9%, ehtiyat hissələrinin qiymətində isə 3,3% artım qeydə alınmışdı.
Rəsmi statisikaya əsasən velosipedlər də noyabrda 0,8% bahalaşıb. İllik artım isə 20,3% təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6% artıb.
2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 1,7%, o cümlədən ərzaq məhsulları 2,6%, qeyri-ərzaq məhsulları 1,9%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,3% bahalaşıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












