Avtomobillər evakuatorlarla necə daşınır?

Bir çox sürücülərin elə öz səhvləri üzündən, daha dəqiq desək, düzgün park etməmələri səbəbindən üz-üzə qaldığı problem evakuatorla maşınlarının aparılmasıdır. ANS TV-nin məlumatına görə, əslində qaydalar onlara riayət edilməsi üçündür, onları pozmaq üçün yox. Deməli maşın saxlamaq olmazsa, saxlamayın. Saxladınızsa da, qoyub getdiyiniz maşını çıraqla axtarmaq məcburiyyətində qalacaqsınız. Bir də şübhələrinizlə birgə maşın salamatdırmı, hansı cərimə meydançasındadır. Demək olar ki, az qala hər gün, xüsusilə paytaxtın mərkəzi küçələrində bu cür parklama əməliyyatı düzgün aparılmayan nəqliyyat vasitələri istər dövlət yol polisi, istərsə də müxtəlif şirkətlərə məxsus evakuatorlar vasitəsilə evakuasiya olunur. Avtomobili heç bir zədə görmədən lazımi ünvana çatdırmaq nə qədər vacib olsa da, bəzən onu evakuasiya edəndə prosedur düzgün yerinə yetirilmir.
Paytaxtın Zivərbəy Əhmədbəyov küçəsində evakuasiya olunan “Qalenvagen” aşaraq başqa bir avtomobilin üzərinə düşməsi kimi. Nəticədə həm evakuasiya olunan maşına, həm də digər nəqliyyat vasitəsinə ciddi ziyan dəymişdi. Bənzər hal Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında da qeydə alınmışdı. Evakuator daşıdığı “Mercedes” markalı minik avtomobilini ehtiyatsızlıqdan aşırmışdı. Bu kimi halların, xüsusilə son vaxtlar daha çox müşahidə olunduğunu deyən ekspert Azər Allahverənov onların təkrarlanmaması üçün sığorta şəhadətnaməsinin vacibliyini irəli sürür.
Azər Allahverənovun sözlərinə görə, ümumiyyətlə evakuator maşını ilə sığorta şirkətləri arasında müqavilə imzalanmalıdır: “Bu müqavilə də evakuasiyanın aşırdığı avtomobilə dəyən ziyanı vaxtında ödməyə imkan verəcək. Eyni zamanda bu evakuasiyanı həyata keçirən şəxslərin məsuliyyətini artırıcaq. Məncə, bu qanunla həll olunmalıdır".
Məsələnin qanun çərçivəsində həllinin hansı şəkildə mümkün olub-olmadığını isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovdan öyrəndik. Qurum rəsmisi evakuasiya olunan maşının ehtiyatsızlıq və məsuliyyətsizlik səbəbindən aşma hallarını istisna etmir. Amma bu zaman da, evakuatoru idarə edən sürücü məsuliyyətə cəlb olunur. Sığorta şəhadətnaməsi olan şəxslər, bu cür hallarda demək olar ki, zərər görmürlər.
Onu da deyək ki, dünyanın inkişaf etmiş ölkələrində maşınları evakuatorla daşımırlar, ya təkərlərini yerindəcə qıfllayıb, ya da cərimə yazıb gedirlər. Bizdə isə vəziyyət tam fərqlidir. Elə buna görə də, həm evakuasiyanı həyata keçirən, həm də park etmə qaydalarını pozan nəqliyyat vasitələrinin sürücüləri ehtiyatı əvvəldən tutun. Nə özünüzə, nə də başqalarına problem yaratmamaq üçün.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










