Avtomobillər niyə öz-özünə alışır? - Ekspertdən AÇIQLAMA

Dünən səhər saatlarında Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verib. Hadisə nəticəsində "Chevrolet Cruze" markalı minik avtomobilinin yanar hissələri və "Toyota Corolla" markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.
Nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlamasında avvtomobillərin öz-özünə alışmasının səbəbləri barədə məlumat verib:
"Avtomobillərə qeyri-qanuni ksenonlar quraşdırılır. Əksər hallarda alışmaya səbəb budur. Onların naqilləri cərəyana dözmür, qızır və alışır. Xüsusən də cavan təbəqə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər ksenonlar quraşdırırlar ki, maşında ağ işıqlar olsun, gur yansın. "Yol Hərəkəti haqqında" Qanunun müvafiq bəndinə uyğun olaraq Dövlət Yol Polisi bununla mütəmadi olaraq mübarizə aparır. Konstruktor müdaxiləni yerində arada qaldırmaq mümkün olmadığına görə nəqliyyat vasitəsi cərimə meydançasına aparılır.
Digər səbəblər də ola bilər. Hanısa boruda damcı yolu ilə yanacaq dama bilər və ya avtomobilin mühərrik hissəsi qıza bilər".
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












