Avtomobillər parkinqdən birbaşa hərəkətin əksinə çıxır, təhlükə yaradırlar - AÇIQLAMA

Bakının nəqliyyatın sıx olduğu, mərkəzə yaxın hissədə yerləşən küçəsində parkinqdən çıxan avtomobillər yolun əks istiqamətində hərəkət edirlər.
Bununla əlaqədar sakinlər sosial şəbəkələrdə paylaşım ediblər. Kövkəb Səfərəliyeva küçəsində çəkildiyi iddia edilən fotolardan aydın olur ki, həqiqətən də avtomobillər parkinqdən birbaşa yolun əks istiqamətinə çıxaraq, hərəkətə mane olurlar.
Şəbəkə istifadəçiləri qeyd ediblər ki, bu cür hərəkət nəqliyyatın sıx olduğu yolda təhlükəyə səbəb olur. Bununla bərabər, iddialarda ətrafda kifayət qədər yol polisinin olmasına baxmayaraq, vəziyyətə nəzarət edilmədiyi də bildirilir.
Sözügedən ərazidəki durumla bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, sakinlərin iddialarının əksinə, Kövkəb Səfərəliyeva küçəsindəki mövcud qayda pozuntusuna ciddi nəzarət edilir:
“Fevral ayının 1-dən etibarən tətbiq edilən dəyişikliklərə əsasən, qaydaları bu cür pozanların avtomatik qaydada aşkarlanması hüquq çərçivəsindədir. Ona görə, belə qayda pozan sürücülərin görüntüləri birbaşa kamera vasitəsilə götürülür, onların cərimələri ünvanlarına göndərilir. Ərazidə xidmətdə olan yol polisi əməkdaşları da nəzarəti həyata keçirirlər. Amma artıq proses tamamilə avtomatik şəkildə həyata keçirilir”. (oxu.az)
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










