Maşını addan-ada keçirərkən bu şəxslər 10 manat ödəyəcək - QANUN DƏYİŞDİ

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Avtosfer.az-ın məlumatına görə, dəyişikliyə əsasən, avtomobillərin özgəninkiləşdirilməsi üçün dövlət rüsumunun müəyyənləşdirilməsi qaydası dəyişir. Belə ki, nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə dövlət rüsumunun dərəcəsinin 10 manat olduğu halın əhatə dairəsi konkretləşdirilir.
Qüvvədə olan qanuna əsasən, hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu hal istisna ilə avtonəqliyyat vasitələri üçün dövlət rüsumunun məbləği 10 manat olub.
Layihəyə əsasən, yaxın qohumlara (ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlarvə bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Minik avtomobillərinin yaxın qohumlara (ər,arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlarvə bacılar) bağışlanması halı ilə əlaqədar, habelə bu qanunda nəzərdə tutulmayan digər hallarda isə avtonəqliyyat vasitələri üçün dövlət rüsumunun məbləği 10 manat olacaq.
Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










