Avtomobillərin icbari sığortasının zərərliliyi 5 faizdən çox artıb

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 101 mln. 795 min manat təşkil edib. Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% və ya 5 milyon 833 min manat çoxdur. Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında 95 milyon 962 min manat sığorta haqqı toplanılmışdı. Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 75 mln. 427 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11.8 % və ya 7 mln. 988 min manat çoxdur. Ötən ilin ilk 7 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 67 mln. 439 min manat olub. Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 5.4% artırıb. Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 70.3 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 7 ayında bu rəqəm 74.1 manata yüksəlib.
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA












