Avtomobillərin qiymətində ciddi artım

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan avtomobil bazarında manatla satılan maşınların qiymətində ciddi artım müşahidə olunur. “Toyota”, “Hyundai”, KİA, “Cehvrolet” brendlərinin Azərbaycandakı rəsmi distribüterlərindən verilən məlumata görə, avtomobillərin qiymətinin artırılmasına səbəb nəqliyyat vasitələrinin xarici ölkədən dollarla alınıb gətirilməsi və Azərbaycanın milli valyutasının ucuzlaşmasıdır.
Distribüterlərin məlumatına görə, modelindən və markasından asılı olaraq avtomobillərin qiyməti 30-40% artıb.
“Mercedes-Benz” brendinin Azərbaycanda minik avtomobilləri üzrə rəsmi dileri olan “AutoStar Kaukasus” şirkətindən bildirblər ki, manatın devalvasiyasına baxmayaraq, şirkətin anbarında mövcud olan avtomobil və ehtiyat hissələrinin qiymətlərində heç bir dəyişiklik yoxdur.
Lakin “AutoStar Kaukasus”dan manatın devalvasiyasından sonra sifariş olunan və ya gətirilən avtomobil və ehtiyat hissələrinin qiymətinin avronun manata qarşı məzənnəsinə uyğun olaraq hesablanacağını da qeyd ediblər.
Azərbaycanda ən çox satılan avtomobillərin manatın ucuzlaşmasından sonra rəsmi diler və avtomobil bazarının iştirakçıları tərəfindən müəyyənləşdirilmiş qiymətlərini təqdim edir:
Hyundai Azərbaycan
“Hyundai Sonata”: köhnə qiyməti 26 900 AZN, yeni qiyməti 34 900 AZN
“Hyundai Accent”: köhnə qiyməti 16 500 AZN, yeni qiyməti 18 200 AZN
KİA Motors
“KİA Optima”: köhnə qiyməti 27 900, yeni qiyməti 34 900 AZN
Toyota Bakı Mərkəzi
“Toyota Corolla”: köhnə qiyməti 21 900 AZN, yeni qiyməti 23 000 AZN
“Mercedes-Benz”-in qeyri rəsmi qiyməti
“Mercedes E 200”: köhnə qiyməti 52 000, yeni qiyməti 68 000 AZN
BMW-nin qeyri rəsmi qiyməti
“BMW 528”: köhnə qiyməti 70 400 AZN, yeni qiyməti 92 500 AZN
“Chevrolet-in qeyri rəsmi qiyməti
“Chevrolet Aveo”: köhnə qiyməti 15 450 AZN, yeni qiyməti 18 270 AZN
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










