DYP-dən üzərində rəsm əsəri olan UBER maşınlarının cərimə meydançasına aparılması barədə - AÇIQLAMA

UBER şirkəti tərəfindən başlanılan Uber Arts layihəsi çərçivəsində üzərlərinə rəssamların əsərləri olan ötrük vurulan avtomobillər yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılır. Bu barədə Avtosfer.az-a sürücülər məlumat verib. Sürücülər bildirib ki, iki gündür avtomobillərini cərimə meydançasından çıxara bilmirlər.
UBER sürücüsü Telman Qurbanov deyib ki, onu da polis saxlayıb, maşını cərimə meydançasına aparıb.
“Uber Arts layihəsi çərçivəsində mənim də maşınımın üzərinə rəsm əsəri vurulmuşdu, ötən gün bir yol polisi məni saxladı, cərimə meydançasına apardı və maşının üzərinə vurulan banerin çıxarılmasını tələb elədi. Hətta cərimə meydançasının da pulunu ödəməyə məni məcbur etdi. Mən polisdən səbəbin soruşduqda normal izahını heç eşitmədim. Mən maşının üstündəki gözəl şəkilə çox sevinirdim, sərnişinlər də diqqət yetirirdilər, maraqlanırdılar. Qeyd edim ki, maşının üzərinə rəssamların əl işi olan örtüklərin vurulması üçün müvafiq icazə var idi”.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur ki, bu da bəzən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.
“Belə ki, nəqliyyat vasitələrində hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir” .
Leyla
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində












