Bakıda meydan sulayan “Avtoş Rasim” həbs edildi - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Bakı şəhərində avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkələrdə yayan, əvvəllər məhkum olunmuş, “Avtoş Rasim” kimi tanınan Rasim Şükürov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, o, aprelin 6-da idarə etdiyi “VAZ 2107” markalı avtomobillə paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən hərəkətdə olan moped sürücüsü Edik Adıgözəlovu vuraraq hadisə yerindən yayınıb.
Toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Rasim Şükürov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










