«Avtoş»dan film kimi ŞOU – Yol polislərini aeroport yoluna qədər «dartdı»

Bakıda daha bir avtoxiliqan saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Xətai prospektində «Toyota Corolla» markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq etdiyini görüb ona «saxla» işarəsi veriblər. Lakin sürücü - 21 yaşlı Eldar Əsgərov avtomobili saxlamaq əvəzinə sürəti artıraraq Nobel prospektinə çıxıb. Orada da avtomobillə təhlükəli hərəkətər edərək beton yolla Yeni Zığ şosesi vasitəsilə Qala-Türkan yoluna istiqamətlənib. Yol polisinin onu izlədiyini görən sürücü hətta maşını beton maneələrə vuraraq yararsız hala salıb. Uzun prosesden sonra yol polisi süni tıxac yaratmaqla sürücü Eldar Əsgərovu aeroport yolunda saxlayıb. Sürücü maşından düşüb qaçsa da, polis onu saxlamağa müvəffəq olub. İlkin araşdırmada məlum olub ki, sürücü sərxoş vəziyyətdədir. Həkim müayinəsinden keçən sürücünün orta dərəcəli sərxoş olduğu ortaya çıxdı. Dindirmə zamanı E.Əsgərov bildirib ki, bir şüşə çaxır içib.
Sürücü Eldar Əsgərov məhkəmə qərarı ilə 1 illik sürücülük hüquqından məhrum edilməklə yanaşı, həm də 10 gündən 30 günədək inzibati həbs cəzsasına məhkui edilə bilər.
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












