Banner

Rusiyada hava limanında 31 kiloqram radioaktiv göbələk aşkarlandı - FOTO

Xəbərlər 19 Oktyabr 2026 23:54
Rusiyada hava limanında 31 kiloqram radioaktiv göbələk aşkarlandı  - FOTO
WhatsApp kanalımıza abunə olun

Rusiyanın Domodedovo hava limanında Özbəkistana uçmağa hazırlaşan 32 yaşlı əcnəbinin yükündən 31 kiloqram radioaktiv ağ göbələk aşkarlanıb.

Avtosfer.az Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatına istinadən xəbər verir ki, gömrük əməkdaşları sərnişinin baqaja təhvil verdiyi qutunu yoxlayarkən radioaktiv və parçalanan materialları aşkar edən "Yantar" stasionar sisteminin siqnalı işə düşüb.

Yoxlama zamanı qutudakı qurudulmuş göbələklərin təbii radiasiya fonunun normadan 10 dəfədən çox yüksək olduğu müəyyən edilib.

Məlumata görə, Rospotrebnadzor göbələkləri basdırılmalı olan radioaktiv tullantı kimi təsnif edib. Təhlükəli məhsulu istehsal edən şirkətə müvafiq göstəriş verilib, məhsulun satışının dayandırıldığı bildirilib.

 

Rusiyada hava limanında 31 kiloqram radioaktiv göbələk aşkarlandı

Oxunub : 496
ŞƏRH YAZ
Ad

E-mail

Şərh