Avstraliyada deputatı maşın vurdu

Avstraliyanın Vanqaratta şəhərində federal parlamentin müstəqil deputatı Helen Heynsin üzərinə avtomobil sürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Viktoriya ştatının polisinə və Avstraliyanın Baş naziri Entoni Albanezeyə istinadən məlumat yayıb.
Deputat öz ofisinin yaxınlığında baş vermiş hadisə nəticəsində xəsarət alıb.
Avtomobili idarə edən 43 yaşlı sürücü saxlanılıb. Müstəntiqlər hücumun motivlərini və hadisənin hansı şəraitdə baş verdiyini araşdırır.
Albaneze baş verənləri qətiyyətlə pisləyərək zərərçəkənə, onun ailəsinə və seçicilərinə dəstəyini ifadə edib.
Viktoriya polisinin superintendantı vəzifəsini icra edən Eşli Meyson vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarəti altında olduğunu və ictimai asayiş üçün heç bir təhlükənin olmadığını bəyan edib.
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO












