Radarla bağlı gözlənilən AÇIQLAMA: SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

Yollarda sürət həddinə nəzarət etmək məqsədilə radarların quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs qanunvericiliyə əsasən, radarların hansı ərazilərdə quraşdırılmasına icazə verilir, hansı yerlərdə isə bu, qadağandır?\
Avtosfer.az nocomment.az-a istinadla xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qanunvericilikdə radarların harada quraşdırılması ilə bağlı konkret müddəalar yoxdur.
Onun sözlərinə görə, dünyanın hər yerində formalaşmış təcrübə var:
"Bir də məntiq var və bu işlər həmin məntiqə uyğun görülməlidir. Dünyada yayılmış təcrübə necədir? Radar yol hərəkəti təhlükəsizliyinə nəzarət eləmək üçün nəzərdə tutulan texniki vasitələrdən biridir və təyinatı da odur ki, sürət rejiminə nəzarət edilsin, sürət həddinin aşılması hallarının qarşısı alınsın, bunu edənlər barəsində də tədbirlər görülsün. Ona görə dünyanın hər yerində bu radarları o yerlərdə quraşdırırlar ki, həmin yerlərdə sürücülər tərəfindən müəyyən olunmuş sürət həddinin aşılması daha təhlükəlidir.
Sürət həddinin aşılmasının qəza riskini artırdığı təhlükəli ərazilərdə radarlar müvafiq qaydalara uyğun quraşdırılır. Onsuz da yolların hər yerinə radar qoymaq mümkün deyil, bunu etməyə heç bir ehtiyac yoxdur. Ona görə də radarların yerləri müəyyən edilərkən məhz bu meyar nəzərə alınmalıdır. Harda ki, sürət həddinin aşılması təhlükəlidir, yol-nəqliyyat hadisələrinə, qəzalara gətirib çıxara bilər, həmin yerlərdə radar tətbiq olunmalıdır ki, sürət həddinin aşılması halları azalsın".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












