Banner

Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər

Xəbərlər 19 Oktyabr 2026 19:34
Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər
WhatsApp kanalımıza abunə olun

"İran tərəfi Rusiya ilə Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaqların satın alındığını təsdiqləyib, Moskva isə Tehrandan bununla bağlı təsdiq sənədini gözləyir".

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Tacikistanda Rusiya-İran danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.

"Danışıqlar zamanı fikir mübadiləsi aparıldı. İlk növbədə, bizim "Şimal-Cənub" layihəsinin həyata keçirilmə vəziyyəti, gələcək Rəşt-Astara dəmiryolu xəttinin tikintisi müzakirə olundu. İran tərəfi torpaq sahələrinin satın alındığını təsdiqlədi. Torpaqların satın alınmasının baş tutduğuna dair təsdiq gözləyirik", - deyə Overçuk qeyd edib.

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh