"Avtoş"lara bəd xəbər - VİDEO

Avtoxuliqanlıq edən sürücülər qarşı tədbirlər davam etdirilir. ANS-in məlumatına görə, gecənin sükutunu pozmaq bir yana, hələ bu azmış kimi digər sürücülərin hərəkəti üçün təhlükə yaradan avtoxuliqanlara qarşı nə qədər tədbirlər görülsə də nəticə hələ də ürəkaçan deyil. Hətta avtoxuliqanların göstərdikləri "şou" bəzən başqalarının həyatını yarıda qoyur. Belə hadisələrdən biri Nərimanov rayonunda qeydə alınıb. Avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən Dövlət Yol Polis əməkdaşını avtomobillə vurub. "VAZ 2107" markalı avtomobil Ağa Nemətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönəndə başqa bir avtomobilə çırpılıb. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirdilər ki, əgər sürücü bir dəfə avtoxuliqanlıq edirsə o zaman 750 manat cərimə olunur. Bu ikinci dəfə təkrarlanarsa sürücülərə qarşı cərimələr birazda sərtləşdirilir.
Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov avtoxuliqanlıq edən sürücüyə cərimədən əlavə həbs cəzasınında verilə biləcəyini deyir.
Avtoekspert Azər Allahverənovun fikrincə, avtoxuliqanlara qarşı reydlər aparılmalıdır. Onun sözlərinə görə, nə qədər tez-tez reydlər aparılarsa o zaman belə sürücülər də tez aşkar olunub ortaya çıxar.
Əslində bu fikirdə həqiqət var. Çünki bir müddət əvvələ qədər avtoxuliqanlar Füzuli meydanını da məskən seçmişdilər. Mütəmadi aparılmış reydlərin müsbət nəticəsidir ki, beşmərtəbə adlanan həmin ərazi demək olar ki, öz sakitliyinə qovuşub.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












