Avtoşların ŞOK qəzası; sürücü maşından asfalta çırpıldı - BAKIDA - VİDEO

Bakıda baş vermiş bu dəşətli yol qəzasının bir səbəbi var; svetoforun işarələrinə əməl etməmək. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin Kameraları vasitəsilə qeydə alınan hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verib. Kadrlardan görünür ki, ağ rəngli «VAZ-2107» markalı nəqliyyat vasitəsi sağ tərəfdən Rəşid Behbudov küçəsinə daxil olub və üzü «Təzə bazar» istiqamətə getmək istəyir. Lakin bu anda Rəşid Behbudov küçəsi ilə yüksək sürətlə hərəkət edən boz rəngli minik maşını «07»nin ön tərəfindən vurub onu yerindən oynadır.
Kadrlara diqqətlə baxdıqda görürük ki, «07»nin getliyi istiqamətdə svetoforun yaşıl işığı yanır. Amma kamera fırlandığı üçün yaşıl işığın sönüb-sönmədiyi görünmür. Bir qədər də diqqət etdikdə isə daha dəşhətli mənzərə ortaya çıxır. Məlum olur ki, «07»ni vuran avtomobil qırmızı işıqdan keçir. Elə onun yanındakı ağ rəngli «Niva» da eyni hərəkəti təkrar edir. Səbəb isə sadədir; onlar avtoşluq edirlər və bir-biri ilə yarışa çıxıblar. Onların sürətlə hərəkət etdiyi və sağdan və soldan ötüb keçməyə çalışdıqları açıq-aydın görünür. Bu da avtoşların törətdiyi daha bir faciə. Lakin Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yol polisləri həmin sürücüləri aşkarlayıb və artıq barələrində müvafiq tədbir də görülüb.
Amma gəlin bir məqama diqqət edək! Kadrlardan görünür ki, «07» yerində fırlanır və zərbənin gücündən qapı açılır. Bu anda qəzadan şoka düşən sür&uuuuml;cü hərəkətsiz şalda asfaltın üstünə düşünüb yerlə sürünür. Bu, onun göstəricisidir ki, həmin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etməyib. Hər halda, kəməri bağlamış olsaydı ən azından zərbə ilə asfalta çırpılmazdı. Odur ki, gəlin bu cür qəzalardan sağ çıxmaq, yüngül xəsarətlə qurtulmaq üçün təhlükəsizlik kəmərindən istifadə edək.
Elməddin Muradlı
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










