«Avtoş»luq edən avtobus sürücüsünə 30 sutka həbs - VİDEO - YENİLƏNİB

Dünən Bakıda «avtoş»luq edən avtobus sürücüsü bu gün həbs olunub. Videodan da görünür ki, avtobus sürücüsü heç nəyə məhəl qoymadan qarşı yola çıxır və körpünün altında təhlükəli manevr edir. Bu hadisə avtobusda sərnişinlərin də olduğu bir vaxtda baş verir. Açıq aşkar avtoxuliqanlıq edərək təhlükəli manevrlər edən sürücü bir qədər əvvəl həbs olunub.
Avtosfer.az saytının məlumatına görə, hazırda həmin sürücü Nizami rayon Dövlət Yol Polisi Şöbəsindədir. Az sonra onun sənədləri və tərtib olunan inzibati protokol Nizami rayon Məhkəməsinə təqdim olunacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumatı təsdiq edib.
Qeyd edək ki, bu əməllərə görə sürücünü 1 aya qədər inzibati həbs cəzası gözləyir.
Onu da qeyd edək ki, videoda görünən 10 TF 875 dövlət nömrə nişanlı 81 nömrəli marşrut avtobusu "Transqeyt" şirkətinə məxsusdur. Marşrut avtobusunun sürücüsü sərnişinlərin həyatı ilə beləcə oynayır. Aparılan araşdıma nəticəsində 10 TF 875 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü İbrahimov Tural Abdulla oğlu olduğu müəyyənləşib.
***
Avrtosfer.az-ın əldə etdiyi məlumata görə, Nizami rayon Məhkəməsi 26 yaşlı avtobus sürücüsü barəsində qərar çıxarıb. Qərara əsasən, İbrahimov Tural Abdulla oğlu 30 sutka həbs cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun sürücülük hüququnu bir il müddətinə məhdudlaşdırıb.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları












