Azərbaycan minik avtomobili istehsalında aktivləşib - FOTO

Azərbaycan fevral ayında minik avtomobili istehsalını artırıb.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-fevral ayları ərzində ölkəmiz 216 ədəd minik avtomobili istehsal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz və ya 264 ədəd azdır.
Təkcə fevral ayında isə ölkədə 120 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ayla müqayisədə 25 faiz və ya 24 ədəd çoxdur. Lakin 2020-ci ilin fevral ayının göstəricilərinə nəzərən isə 58,3 faiz və ya 168 ədəd az minik avtomobili istehsal edib.
Fevral ayında Azərbaycan traktor istehsalını bərpa edib və 51 ədəd traktor istehsal edib. Bu isə 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə iki faiz çoxdur.
Ümumilikdə isə 2021-ci ilin ilk iki ayı ərzində 33,1 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı isə iki dəfə artıb.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












