Azərbaycan xaricdən avtomobil alışını artırıb

2022-ci ildə Azərbaycan məhsul idxalını 29,7 faiz artıraraq 13,5 milyard dollara çatdırıb.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, istehlak mallarının payına 5,7 milyard dollar düşüb ki, bunun da 2,1 milyard dollarının ərzaq məhsullarının idxalı təşkil edib.
Qeyri-neft-qaz sektorunda idxal 24,7 faiz artaraq 11 milyard dollara çatıb. Burada metal məhsulların idxalında artım 52,8 faiz, kərə yağı idxalında 38,6 faiz, yarma idxalında 32,9 faiz, bitki yağı idxalında 32,9 faiz, mebel məhsulları idxalında 32,1 faiz, əczaçılıq məhsulları idxalında 23,5 faiz, taxta-şalban məhsulları idxalında 18,6 faiz, şəkər idxalında 16,2 faiz, parfümeriya-kosmetika məhsulları idxalında 13,6 faiz, daş və şüşə məhsulları idxalında 11,9 faiz, spirtli və spirtsiz içkilər idxalında 8,4 faiz, yuyucu vasitələrin idxalında 8,3 faiz, minik avtomobillərinin idxalında 8,2 faiz və tütün məhsullarının idxalında 6,8 faiz olub.
Azərbaycan avadanlıq və mexaniki qurğuların idxalını 24 faiz, gəmi, kater və üzən qurğuların idxalını 17,9 faiz, hesablayıcı maşınların idxalını 15,3 faiz, bitki mənşəli məhsulların idxalını isə bir faiz azaldıb.
Xarici investisiyalar hesabına gətirilən maşın və məhsulların idxalı 4,4 faiz və ya 0,6 milyard dollar olub.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 54,4 milyard dollar olub. Xarici ticarət dövriyyəsinin neft-qaz sektorundakı müsbət saldo 35,4 milyard dollar olub, qeyri-neft-qaz sektorunda isə 8 milyard dollar dəyərində defisit formalaşıb.
2022-ci ildə Azərbaycanın xarici ticarət balansında müsbət saldo 27,4 milyard dollar olub. Ötən il ölkə dünyanın 189 ölkəsi ilə ticarət münasibətində olub: xarici ticarət dövriyyəsinin 10,3 faizi MDB ölkələrinin, 89,7 faizi isə digər ölkələrin payına düşüb.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










