Azərbaycana avtomobil idaxlı 30 faizə qədər azalacaq - Ekspert

Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq ediləcək yeni məhdudiyyət Azərbaycana avtomobil idaxlını 30 faizə qədər azaldacaq.
Bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O qeyd edib ki, bu məhdudiyyət əsasən ekoloji təhlükəsizlik və ümumi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. "Ötən ilin sentyabr ayından başlayaraq Bakı küçələrində tıxaclar daha sürəkli xarakter almışdır. ETSN-in keçirdiyi monitorinqlərin nəticəsi kimi havada dəm qazının, azot oksidlərinin və bəzi başqa zərərli maddələrin normadan xeyli çox olduğu barədə məlumatlar da hamının yadındadır", - deyə o qeyd edib.
Ə.Hüseynov bildirib ki, avtomobil idxalının azalması Bakıda tıxacları yaxşılaşdırmayacaq. "Tıxacları yaxşılaşdırmaq üçün başqa işlər görmək lazımdı, o cümlədən, ictimai nəqliyyatı, infrastrukturu yaxşılaşdırmaq lazımdır. Ola bilər avtomobil idxalının azalması tıxacların artmasını yavaşıda bilər", - deyə o əlabə edib.
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir












