Azərbaycana gətirilən maşınların sayı artdı: gömrükdə sıxlıq yarandı

Azərbaycana avtomobil gətirən şəxslər problemlə üzləşib.
Həmin şəxslərin Avtosfer.az-a verdiyi məlumata görə, gömrük məntəqələrində avtomobillərin rəsmiləşdirilməsi sahəsində çətinliklər yaranıb. Belə ki, ölkəyə yeni gətirilən avtomobillərin qeydiyyat prossesində uzun növbələr müşahidə edilir. Hətta bir həftə, on gün əvvəl ölkəyə maşın gətirənlər bu günə qədər avtomobili gömrük rəsmiləşdirilməsindən keçirə bilməyiblər. Baş Gömrük İdarəsində, eləcə də “Meyvəli” deyilən ərazidə yerləşən gömrük xidmətində də növbələr var. Vətəndaşlar bildirir ki, avtomobillərin rəsmiləşdirilməsi uzun fasilələrlə həyata keçirilir. İdarə əməkdaşları avtomobillərin gömrük rəsmiləşdirilməsi prosessinin ləngiməsini pandemiya səbəbindən işçilərin sayının azalması ilə izah edirlər.
Vətəndaşları narahat edən digər məsələ ondan ibarətdir ki, ölkəyə gətirilən avtomobillərin rəsmiləşdirilməsi gecikdiyi üçün həmin nəqliyyat vasitələri duracaqda saxlanılır və buna görə də ilk gün üçün 50 AZN, növbəti günlər üçün isə hər gün 10 AZN məbləğində dayanacaq pulu tələb olunur. Avtomobil sahibləri buna etiraz olaraq bildirirlər ki, nəqliyyat vasitələrinin duracaqda saxlanılması onların günahı ucbatından baş vermir və gündəlik ödəniş haqqı onlardan alınmamalıdır.
Məsələ ilə bağlı Avtosfer.az Dövlət Gömrük Komitəsinə sorğu göndərib. Sorğuya cavab olaraq komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki, “Son günlər avtonəqliyyat vasitələrinin idxalında kəskin artım müşahidə olunur. Buna görə də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində nisbi sıxlıq mövcuddur. Yaranmış vəziyyətin aradan qaldırılması üçün əlavə işçi qüvvəsi də cəlb olunmaqla gömrük rəsmiləşdirilməsinin çevik həyata keçirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Yaxın günlərdə bu nisbi sıxlıq tamamilə aradan qaldırılacaq.
Avtomobil nəqliyyat vasitələri sahiblərinin müvəqqəti dayanacağa görə ödədiyi vəsaitin gömrük orqanlarına heç bir adiyyəti yoxdur və həmin dayanacaqlar sahibkarlar tərəfindən idarə olunan özəl müəssisələrdir.”.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










