Azərbaycanda 21 yaşlı qızdan qorxunc əməl - Özünü hərəkətdə olan maşından ATDI
Avtoxəbər
14 Sentyabr 2020 01:04

Kürdəmir rayonunda sürücü ilə mübahisə edən 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.
Sürücü, Kürdəmir rayonunun Xırdapay kəndinin 27 yaşlı sakini İbadov Əsəd Füzuli oğlu “VAZ-2107” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən onunla sərnişini, Kürdəmir rayon Şıxımlı kəndinin 21 yaşlı sakini Şükürova Ayşən Aqil qızı arasında mübahisə yaranıb. Bu zaman A.Şükürova hərəkətdə olan avtomobilin qapısını açaraq özünü avtomobildən yerə atıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan A.Şükürova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya ilkin tibbi yardım göstərsələr də, vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanlaradan birinə göndərilib.
Hazırda hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub : 3090
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 22:52
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
22 Oktyabr 2026 23:59
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
22 Oktyabr 2026 19:33
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22 Oktyabr 2026 16:41
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
22 Oktyabr 2026 13:18
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
21 Oktyabr 2026 16:41
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
20 Oktyabr 2026 15:14
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
20 Oktyabr 2026 14:18
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
19 Oktyabr 2026 20:59
Ən az enerji sərf edən elektromobil bəlli oldu
19 Oktyabr 2026 17:09
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
19 Oktyabr 2026 15:16
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
ŞƏRH YAZ












