Azərbaycanda 2600 sürücünün vəsiqəsi alınıb

Ötən il yol hərəkəti qaydalarını pozan sürücülər tərəfindən dövlət büdcəsinə 60 milyon manata yaxın vəsait ödənilib. Respublikada yol hərəkətinə nəzarət prosesində 1429791 inzibati xəta aşkar edilib. Göstərilən əməllərə görə, 2636 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla əlaqədar tətbiq edilmiş cərimələr (59 741 450 manat) tam ödətdirilib. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, təkcə 2013-cü il ərzində DYP əməkdaşları nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 10 min 424, sürət həddinin aşılması üzrə 299 min 368, ötmə qaydalarının pozulması üzrə 28699, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 52 min 620, sərnişindaşıma qaydalarının pozulması üzrə 4727 fakt aşkar ediblər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












