Azərbaycanda 8900 sürücü cərimələndi - VİDEO

Son bir ayda 600 sürücü yolun qarşı hərəkət zolağına çıxdığı üçün məsuliyyətə cəlb olunub. Ümumilikdə isə ilin əvvələndə bu günə kimi 8 900 sürücü bu cür yol hərəkət qaydasını pozub. Qarşı hərəkət zolağına çıxaraq cəmiyyətə açıqca hörmətsizlik edən nizamsız sürücülərlə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsi sərt xəbərdarlıq edib. Qurumun höbə rəisi, polkovnik Kamran Əliyev belə sürücülərin nəyinki cərimələnəcəyini, üstəlik onların törətdiyi bu əməllərin ictimailəşdiriləcəyini bildirib: “Qarşı hərəkət zolağına çıxan sürücülər İnzibati Xətalar Məcəlləsinin 151.3 -1 maddəsinə müvafiq olaraq 100 manat məbləğində cərimə olunurlar. Eyni zamanda bu qayda pozuntusu 4 balla qiymətləndirilir. Bunun ictimaiyyətin diqqət mərkəzində olmasını nəzərə alaraq yol mədəniyyətinin çox yüksək səviyyədə nümayiş etdirsinlər. Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, bu cür ciddi qayda pozuntusuna yol vermiş şəxslərin kimliyi barədə ictimaiyyətə məlumat verəcəyik”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










