Azərbaycanda avtomobil parkının yenilənməsinə dair layihələr müzakirə olunur

Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.
Bunu “Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası” adlı konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də söhbət benzinlə işləməyən digər nəqliyyat vasitələrinə üstünlük verilməsi ilə bağlı layihələrdən gedir: "Burada istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun".
DGK sədri həmçinin əlavə edib ki, hazırda Azərbaycana idxal olunan köhnə nəqliyyat vasitələrinə vergi və rüsumlar nə qədər artırılsa da, istifadəçilər yeni nəqliyyat vasitələrinə deyil, köhnə nəqliyyat vasitələrinə üstünlük verilir.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır












