Azərbaycanda avtomobillər "qocalır" - Maşınlarımızın neçə yaşı var?

Dövlət Statistika Komitəsi ölkənin avtomobil parkındakı vəziyyətlə bağlı ən son məlumatları açıqlayıb.
Avtosfer.az statistik məlumatların təhlilini aparıb.
2022-ci ildə Azərbaycanda qeydiyyatda olan 1.4 milyon ədəd minik avtomobilinin 45%-i (634 mindən çoxu, təxminən hər 2 avtomobildən biri) yaşı 20 il və daha çoxdur. Yaşı 10-20 il olan avtomobillərin sayı 545 mindir, bu, minik avtomobillərinin ümumi sayının 38.4%-ni təşkil edir. Ümumi avtomobillərin cəmi 17%-inin yaşı 10 ilə qədərdir.
Əvvəlki illərlə müqayisədə Azərbaycanda "qoca" maşınların sayı artıb. Belə ki, 2019-cu ildə Azərbaycanda yaşı 10 ildən çox olan avtomobillər 78% təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 80%, ötən il isə 83% olub.
2022-ci ildə minik avtomobillərinin yaşı aşağıdakı kimi olub:
|
5 ilə qədər |
71.366 |
|
5 ildən 10 ilə qədər |
168.792 |
|
10 ildən 20 ilədək |
545.265 |
|
20 il və yuxarı |
634.447 |
|
Ümumi sayı |
1.419.870 |
Ölkənin avtobus parkında isə vəziyyət daha pisdir. Belə ki, ölkədə olan 31 mindən çox avtobusun 63%-dən çoxunun yaşı 20 il və daha çoxdur. Avtobusların sadəcə 12%-ə yaxınının yaşı 10 ilə qədərdir
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










