“Azərbaycanda avtomobillər üçün ehtiyat hissələri istehsal olunacaq” – AÇIQLAMA

2023-сü ilin yanvar-avqust aylarında 1942 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 553 ədəd çox minik avtomobili istehsal olunub.Sentyabrın 1-nə olan vəziyyətə görə, hazır məhsul ehtiyatı 454 ədəd olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı son hesabatda əks olunub.
Qeyd edilir ki, yanvar-avqust aylarında 458.9 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52.1 faiz, maşın və avadanlıqların istehsalı 14.9 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 17.7 faiz azalıb.
Bununla bağlı fikirlərini Bizim.Media saytına açıqlayan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov, ölkəmizdə minin avtomobillərinin əsasən, Neftçalada və Naxçıvanda istehsal olunduğunu bildirib.
Ekspert qeyd etdi ki, istehsal həcmi təxminən 2 minə yaxındır: “Sadəcə, ildə-ilə bir neçə faiz artım və ya azalma olur. Bu avtomobillər ölkədə çox rahat şəkildə satılır. Həm hüquqi və fiziki şəxslər, həm də ayrı-ayrı dövlət idarə və təşkilatları tərəfindən bu avtomobillərə böyük maraq göstərirlər”.
Müsahibimiz, bir müddət əvvəl Azərbaycan hökuməti ilə Özbəkistanın iri avtomobil konserni arasında bir sıra müqavilələrin imzalandığını da xatırladıb:
“Yaxın gələcəkdə Azərbaycanda minik avtomobilləri üçün ehtiyat hissələri istehsal olunacaq. Sonrakı mərhələdə isə yeni modellərin istehsalı gözlənilir. Buradan da görünür ki, ölkə üçün lazım olan 10 minlik tələbat 2024-2026-cı illərdə ödənilə bilər”.
Bizim.Media
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO










