Azərbaycanda avtomobillərdən ətraf mühitə atılmış zərərli maddələrin həcmi AÇIQLANDI

2020-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2019-cu illə müqayisədə 312,6 min ton azalaraq ümumilikdə 809,5 min ton təşkil edib ki, onun da 81,7 faizi və ya 661,0 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 30,1 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 16,1 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 27,2 min ton, Mingəçevir şəhərində 0,5 min ton azalıb. Sumqayıt şəhərində isə 0,2 min ton artıb.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 65,0 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 92,0 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.
Atmosferə atılmış bütün zərərli tullantıların 62,0 faizini karbohidrogenlər, 14,1 faizini azot oksidi, 11,6 faizini karbon oksidi, 0,7 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










