Azərbaycanda bu maşınları axtarıb alan YOXDUR: Heç kimi maraqlandırmır

Azərbaycanda alıcıların heç axtarmadığı, onları maraqlandırmayan avtomobillər hansılardır?
Avtomobil almaq istəyənlər elan saytlarında və maşın bazarında zövqlərinə uyğun markalarla maraqlanırlar. Kimisi avtomobilin xarici görünüşünə, kimisi istehsal ilinə, kimisi də texniki sazlığına daha çox üstünlük verir. Bütün faktorlar sayəsində artıq alıcılarda, avtomobil həvəskarlarında bölgü yaranıb. Belə ki, həmin bölgü əsasında həvəskarlar hansı markanın uyğun olduğunu, hansı markaya isə yaxın durmamalı olduqlarını bilirlər.
Bəs görək, Azərbaycanda hansı avtomobil markaları alıcıları heç cəlb etmir?
Sualımıza avtomobil bazarı araşdırmaçısı, ekspert Sərxan Qədirli cavab verib. O, mövzu üzrə bir sıra markaların adlarını sadalayıb:
“İli köhnə olan bəzi avtomobillərə artıq tələbat yoxdur. Bunlara köhnə “Volvo”ları misal çəkmək olar. Azərbaycanda bu avtomobillərin bazarı - alışı və satışı çox aşağıdır. Köhnə amerikan ciplərinə də tələbat yox səviyyəsindədir. Onlar arasında “Cadillac”da var. İli köhnə deyərkən, 1998-2001-ci illəri nəzərdə tuturam.
Həmçinin Fransanın “Peugeot” markası da bazarda satışı ağır gedənlər sırasındadır. Bunlardan sonra “Volkswagen” markası, xüsusən də bu markanın “Touareg” modeli gəlir. “Volkswagen”lər dünyada ən çox satılan maşınlardan olsa da, Azərbaycanda tam əksinədir. Hazırki dövrdə istehsal ili 1990-cı ildən 1995-ci ilədək olan “Mercedes” modellərinə də tələbat zəifləyib. Demək olar ki, “190”, “yeşka” adı ilə tanıdığımız avtomobillər bazarda artıq satılmır. “Mercedes”lərin satılmama səbəbi isə ehtiyat hissələrinin get-gedə tükənməsidir. Sürücülər bu modellərin hissələrini tapa bilmədikləri üçün həmin maşınlara maraq azalıb”. (lent.az)
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












