Azərbaycanda bu «Mersedes»i 210-la sürən kimdir - VİDEO

Sosial şəbəkələrdə «Mersedes» markalı avtomobili saatda 210-la idarə edən sürücünün videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, avtomobil Azərbaycan ərazisində sürülür. Amma görüntü məhdud olduğu üçün hadisənin hansı yolda və ya hansı rayonda baş verdiyi dəqiq bilinmir.
Sürücü belə yüksək sürətlə hərəkət etməsi ilə qürrələnir, maşını tərifləməyə başlayır. Sərnişinlərdən də ona dəstək verənlər olur. Lakin sərnişinlərdən biri avtomobilin sürətinin yüksək olduğunu gördükdə sürücüdən sürəti azaltmağı xahiş edir. Sürücü onu eşitmədən yoluna davam etdikdə isə sərnişin «oğlunun canına and verirəm, yavaş sür» deyir. Yalnız bundan sonra sürücü sürəti azaldır. Maraqlıdır ki, sərnişinlərdən biri sürücüyə «müəllim» deyə müraciət edir.
Qeyd edək ki, Azərbaycan yollarında qanunla icazə verilən maksimum sürət həddi 110 km/saatdır.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












