Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad edilməsinin hansı təsiri olacaq? - FOTO

Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Qanuna edilən əlavələrdən birinə görə, ölkə ərazisində istehsal edilən minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən azad edilir.
Bəs qanuna edilən dəyişiklik maşın bazarına və ümumilikdə ölkədəki istehsalçılara necə təsir edəcək?
Deputat Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, iki ay əvvəl sözügedən qanun layihəsinə dəyişiklik Milli Məclisdə müzakirə edilib:
“Biz müzakirə zamanı dəyişikliyə müsbət fikir bildirdik. Bununla öz daxili bazarımızı istehsal üçün daha rahat edirik. Nəticədə xaricdən gətirilən minik maşınları ilə rəqabət daha rahat olacaq”.
Deputat qanunda edilən dəyişikliyin müsbət tərəfindən danışıb:
“Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı artacaq. Eyni zamanda, istehsal gücü, yeni iş yerləri açılacaq və sayı artacaq”.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev açıqlamasında bildirib ki, hər bir sahədə yerli istehsalı dövlət və vətəndaş dəstəkləməlidir:
“Qanuna edilən dəyişiklik dövlətin dəstək çərçivəsində atdığı addımdır. Ölkədə istehsal olunan avtomobillərin əlavə dəyər vergisini ləğv edilməsi qiymətin 18 faiz aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda alıcı qabiliyyətini artıracaq”.
Ekspert qeyd edib ki, ölkəmizdə istehsal olunan avtomobillərin detalları xaricdən gəlir və burada yığılır:
“Avtomobillərin az bir hissəsi bizdə istehsal olunsa da, bazarda rəqabət və yerli istehsala maraq artacaq. 18 faiz ƏDV ləğv edilməsi, kiçik rəqəm deyil. Məsələn, 30 minlik maşın təxminən 25 min manat olacaq”.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










