Azərbaycanda nazirlərin sürdüyü MAŞINLAR - "Xəzər"dən neçə nəfərdə var?
Avtoxəbər
20 Avqust 2021 19:19

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 940 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azdır. Bəs, yüksək vəzifəli şəxslər arasında Azərbaycan maşınlarına üstünlük verənlər varmı, dövlət qurumlarında onlar xidməti maşın olaraq istifadə olunurmu?
Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanda istehsal olunan avtomobillərdən istifadə edərək, yerli istehsala dəstək verməyə çağırıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında bildirdi ki, Azərbaycanda yüksək vəzifəli məmurların böyük əksəriyyəti bahalı xarici avtomobillərə üstünlük verir. Amma onların arasında Azərbaycan avtomobillərindən istifadə edənlər var: “Mən Mikayıl Cabbarovun vergilər naziri olan zaman yerli maşından istifadə etdiyini görmüşəm, vəzifəsi dəyişəndən sonra isə avtomobilini dəyişib-dəyişmədiyini bilmirəm. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Vergi Xidmətinin rəhbərliyi xidməti maşın olaraq yerli istehsaldan istifadə edib. Amma artıq Muxtar Babayev elektomobildən istifadəyə keçib ki, bu da simvolik addım sayıla bilər”.
Elməddin Muradlı qeyd etdi ki, Daxili İşlər Nazierliyində polis bölmələrinin rəisləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəhbərləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifəli şəxslər xidməti maşın olaraq yerli avtomobillərdən istifadə edir: “Bəzi məmurlar isə bahalı yapon avtomobillərindən, hətta onun zirehli formasında istifadə edirlər. Bahalı maşınlarla yanaşı onu müşayət edən mühafizə maşınlarından istifadə edənlər də var”.
Nəqliyyat üzrə ekspert onu da əlavə etdi ki, bəzi yüksək vəzifəlilər yerli avtomobillərdən görüntü xatirinə istifadə edir: “Yəni görsünlər ki, o, cənab Prezidentin tapşırığına əməl edir, halbuki həyətində 300-500 minlik maşın var”.
Bizim.media mövzu ilə bağlı büdcədən maliyyələşən qurumlar, nazirliklər arasında sorğu keçirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova dedi ki, nazirliyin nəzdnində olan xidməti avtomobillər arasında Azərbaycan istehsalı olanlar da var. Nazirlik sözcüsünün sözlərinə görə, onlar əsasən şöbə müdirləri və bu digər vəzifə sahiblərinin istifadəsindədir.
Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, nazirliyin xidməti avtomobilləri arasında yerli istehsal olan nəqliyyat vasitələri var: “Həmçinin gələcəkdə nəqliyyat vasitələrinin yenilənməsi zərurəti və ehtiyacı yarandıqda yerli istehsala müraciət edilməsi nəzərdə tutulur”.
Maliyyə Nazirliynin mətbuat xidmətindən də sorğumuz cavablandırıldı: “Nazirlikdə xidməti avtomobil kimi Azərbaycan istehsalı olan avtomobillərdən də istifadə olunmaqdadır”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yerli avtomobillərdən xidməti avtomobil olaraq qurumda geniş istifadə olunur: “Hətta deyərdim ki, xidməti avtomobillərimizin 80 faizi yerli istehsal vasitələridir”.
Oxunub : 5170
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 20:51
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
26 Noyabr 2026 17:54
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
26 Noyabr 2026 16:09
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
26 Noyabr 2026 14:00
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
26 Noyabr 2026 13:18
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
25 Noyabr 2026 23:22
Rusların sağsükanlı “Toyota” sevgisi
24 Noyabr 2026 09:18
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
23 Noyabr 2026 23:11
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
23 Noyabr 2026 19:07
Bakıda ucuz avtomobillər satışa çıxarılır
23 Noyabr 2026 13:30
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
21 Noyabr 2026 20:24
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
21 Noyabr 2026 15:00
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
ŞƏRH YAZ












